Samux 25 yaşlı oğlan bıçaqlanıb

Samux 25 yaşlı oğlan bıçaqlanıb
# 24 may 2016 07:38 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Müqəddim Musayev mübahisə zəminində bıçaqlanıb. Onu həmkəndlisi, 1994-cü il təvəllüdlü Mövsüm Əliquliyevin bıçaqladığı bildirilir. Xəsarət alan şəxs Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Əməliyyat edilən gəncin vəziyyəti orta-ağır qiymətləndirilir.

Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törədən M. Əliquliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR