Bakıda təmir gedən yolda qəza baş verib

Bakıda təmir gedən yolda qəza baş verib
# 26 may 2016 02:47 (UTC +04:00)

Bakı. Mahir Məmmədli- APA. Bakıda təmir gedən yolda sürücü diqqətsizliyi və yol hərəkəti qaydalarının pozulması qəzaya səbəb olub.

APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəza yolun təmir gedən və hərəkət hissəsinin ensizləşdiyi ərazidə baş verib. Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü Valeh Həsənov yolda təmir getdiyini nəzərə almayıb və sürət həddini şəraitə uyğun seçməyib. Sürət yüksək olduğundan, qarşıdakı maneəni görən sürücü avtomobili saxlaya bilməyib və qarşıdan gələn “Range Rover” markalı avtomobilin yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub, zərbənin gücündən “Kia” markalı maşın yolun kənarındakı yarğana aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

“KİA”nın sürücüsünün yaxınları hadisənin yolun təmir gedən hissəsinin işıqlandırılmaması və müvəqqəti yol nişanlarının olmaması üzündən baş verdiyini iddia edirlər.

Qeyd edək ki, təmir gedən ərazidə maksimal sürət həddi 30 km/saatdır. Hər iki avtomobil bu həddi aşıb və nəticədə qəzadan yayınmaq mümkün olmayıb.

Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR