Azərbaycanda tanınmış alimə qarşı 120 min manatlıq dələduzluq edilib - EKSKLÜZİV

Azərbaycanda tanınmış alimə qarşı 120 min manatlıq dələduzluq edilib - <span style="color: red;">EKSKLÜZİV
# 12 may 2016 08:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.

Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR