Bağdadda nümayişçilər İraq baş nazirinin iqamətgahına soxulub

Bağdadda nümayişçilər İraq baş nazirinin iqamətgahına soxulub
# 20 may 2016 18:37 (UTC +04:00)

Bakı-APA. İraqda korrupsiyaya qarşı etiraz edən nümayişçilər ölkənin baş naziri Heydər əl-Abadinin iqamətgahına soxulub.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata, polisin atəş açmasına baxmayaraq, etirazçılar hökumət evi və bir sıra diplomatik missiya yerləşən əraziyə daxil ola biliblər.

Qeyd edək ki, bundan əvvəl Bağdadda hökumət əleyhinə nümayişin polis tərəfindən dağıdılması zamanı 3 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR