Azərbaycan XİN rəhbəri Böyük Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib

Azərbaycan XİN rəhbəri Böyük Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib
# 06 may 2016 13:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

İ. Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E. Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR