Oqtay Əsədov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Oqtay Əsədov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
# 20 may 2016 00:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Valentina Matviyenko Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərindən danışaraq iki ölkənin parlamentariləri arasında konstruktiv dialoq aparıldığını, bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətin olduğunu söyləyib.

Rusiya parlamentinin yuxarı palatasının sədri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan V. Matviyenko ölkəsinin bu problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib. O, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirib.

Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tərəflərin Vyana görüşü və bu görüşün nəticələri barədə məlumat verib. Azərbaycan parlamentinin sədri Rusiya prezidenti Vladimir Putinin münaqişənin sülh yolu ilə həlli istiqamətdə vasitəçilik səylərini yüksək qiymətləndirdiyini söyləyib.

Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edən Oqtay Əsədov regional əlaqələrin əhəmiyyətini vurğulayaraq bu yaxınlarda keçirilmiş Dağıstan Mədəniyyəti Günlərinin Azərbaycan ilə Rusiya regionları arasında dostluq əlaqələrinin yüksək səviyyədə olmasının sübutu kimi dəyərləndirib.

Görüşdə Valentina Matviyenko Oqtay Əsədova “Rusiya Federasiya Şurasının 20 illiyi medalı”nı təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR