Azərbaycanda xüsusi icazə əsasında pilotsuz uçuş aparatlarından istifadəyə icazə verilib

Azərbaycanda xüsusi icazə əsasında pilotsuz uçuş aparatlarından istifadəyə icazə verilib
# 17 may 2016 10:44 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, hazırda siyahıda 17 adda avadanlıq, silah, mal və məmulat var. Qanuna edilən dəyişikliklə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçuş aparatları da daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR