Nazir: “Mingəçevir su anbarında müəyyən problemlər var”

Nazir: “Mingəçevir su anbarında müəyyən problemlər var”
# 14 may 2016 12:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. "Çimərlik sularının keyfiyyətinə, sahilin təmizliyinə onun sahibi, yəni bələdiyyələr qayğı göstərməlidir. Bələdiyyələr çalışmalıdır ki, verdiyi xidmətin keyfiyyəti yüksək olsun. Bizim nazirlik qanunvericiliyin tələblərini pozan bələdiyyələri cərimələməlidir. Bu, qanunla olmalıdır. Cəza tədbiri olmalıdır ki, mənfi tendensiyaların qarşısı alınsın. Lakin bununla da iş bitmir. Bəzən cərimə də kömək etmir" .


APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir "Mingəçevir su anbarında suyun səviyyəsinin artması ilə bağlı hər hansı bir təhlükə gözlənilirmi?" sualına cavab olaraq bildirib ki, su anbarında müəyyən problemlər var: "Orada torpaq dambalarında su sızmaları müşahidə olunur. Su anbarında çox miqdarda suyun artması baş versə, müəyyən problemlər yarana bilər. Bunu həmin dambaları idarə edən təşkilatlar daha yaxşı bilir və tədbirlər görülür".

H. Bağırov onu da qeyd edib ki, ətraf mühitinin çirklənməsi ilə bağlı mütəmadi olaraq cərimələr tətbiq edilir: "Son 10 ildə tədbiq olunan cərimələrin həcmi 40 dəfə artıb. Tədbiq olunan cərimələr insanları etdiyi hərəkətlərdən çəkindirir. Deməzdim ki, bu sahədə azalma var, ancaq atılan addımların effektivliyi göz qabağındadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR