"PwC" "CDB Bank"da audit keçirib

"PwC" "CDB Bank"da audit keçirib
# 18 may 2016 11:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. " PricewaterhouseCoopers" ("PwC") beynəlxalq audit şirkəti tərəfindən beynəlxalq audit standartları əsasında "Caspian Development Bank" ASC-nin ("CDB Bank") 2015-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, audit zamanı bankda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, bankın maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.


Təhlilə əsasən 2015-ci il ərzində bankın aktivləri 129 mln. 60,73 min manat, kredit portfelinin həcmi isə 109 mln. 60,73 min manat təşkil edib. Depozit portfeli 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37 mln. 749,97 min manat təşkil edib.

Ümumilikdə ötən ili "CDB Bank" 8 mln. 426,26 min manat mənfəətlə başa vurub.

Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, audit rəyində təqdim olunmuş informasiyalardan sərbəst istifadəni təmin etmək məqsədilə 2015-i il üzrə audit rəyi (eləcə də bankın illik hesabatı) "CDB Bank"ın rəsmi internet səhifəsində yerləşdirilib.

Hesabatlarla daha ətraflı tanış olmaq üçün bu linkə daxil ola və ya 1545 məlumat mərkəzinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR