Afinada Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək

Afinada Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək
# 20 may 2016 11:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mayın 27-də Yunanıstanın paytaxtı Afinada Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın IV iclası keçiriləcək.


Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə energetika naziri, Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyev rəhbərlik edəcək.

İclasda iki ölkə arasında enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, təhsil, elm, mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri və planlaşdırılan tədbirlər müzakirə ediləcək. Çoxtərəfli əməkdaşlıq istiqamətində Avropa Qonşuluq Siyasəti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindəki əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Yekun olaraq iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

Xatırladaq ki, Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası 2 fevral 2011-ci il tarixində Bakı şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR