Azərbaycan klubu avrokuboka qatılmaqdan imtina edib

Azərbaycan klubu avrokuboka qatılmaqdan imtina edib
# 13 may 2016 14:00 (UTC +04:00)

Bakı – APA. “Azəryol” voleybol klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 2015/2016 mövsümündə yarımfinala qədər irəliləyən Bakı təmsilçisi maliyyə səbəbindən avrokubokdan imtina edib.

Ən pis halda, “Çelenc cup”da oynamaq hüququ qazanan “Azəryol”un yeni mövsüm üçün büdcəsi təxminən 3-4 dəfə azaldılacaq. Halbuki, digər təmsilçimiz “Lokomotiv”in Çempionlar Liqasından imtinası onların qitənin ən mötəbər klub turnirində iştirakını da rəsmiləşdirə bilərdi.

Əldə etdiyimiz məlumata görə, artıq bu barədə icraçı-direktor Yusif Atakişiyevin imzası ilə Azərbaycan Voleybol Federasiyasına məktub daxil olub. Məktubda komandanın beynəlxalq arenada oynamaq gücündə olmadığı bildirilir, həmçinin dolayısı ilə yeni mövsümü yerli “uşaqlar”la yola verəcəyi qeyd edilib. Bununla yanaşı vurğulanıb ki, yeni ildə onlara legioner də lazım olmayacaq.

Qeyd edək ki, son vaxtlar “Şirvan”, “Bakı”, “İqtisadçı”, “Nəqliyyatçı”, “Rabitə” kimi klublarımız tarixin yaddaşına köçüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR