Qazax rayon sakini minaya düşüb

Qazax rayon sakini minaya düşüb
# 14 may 2016 07:55 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazax rayon sakini minaya düşüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb. Müxtəlif bədən xəsarəti alan V. Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağı dizdən aşağı amputasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR