Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Sabaha gözlənilən hava proqnozu açıqlanıb
# 12 may 2016 11:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 11-15, gündüz 20-25, bəzi yerlərdə 28, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR