ABŞ OPEC-in fəaliyyətini araşdırmaq niyyətindədir

ABŞ OPEC-in fəaliyyətini araşdırmaq niyyətindədir
# 20 may 2016 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ Konqresinin Respublikaçılar partiyasından olan üzvü Kevin Kramer OPEC-in fəaliyyətinin araşdırılmasını nəzərdə tutan plan irəli sürüb.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, araşdırma OPEC tərəfindən haqsız rəqabətə əsaslanan ticarət praktikasının tətbiq olunub-olunmamasının üzə çıxarmağa yönələcək.

"Kartelin dünya bazarında mövqeyinin gücləndirilməsinə yönələn addımlarının rəqabətə zidd olub-olmaması yoxlanılmalıdır. Bu, ABŞ-ın milli təhlükəsizliyinə təhdid tərədə bilər", - deyə konqresmen bildirib.

Qeyd edək ki, neftin kəskin ucuzlaşması 130-a yaxın ABŞ şirkətinin müflis olmasına səbəb olub ki, bu da 130 min insanı işsiz qoyub.

Onu da əlavə edək ki, K. Kramer prezidentliyə namizəd Donald Trampın məsləhətçilərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR