Goranboyda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Goranboyda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var
# 25 may 2016 11:50 (UTC +04:00)


Goranboy. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. “Ford” markalı yük avtomobili hərəkətdə olarkən, anidən idarəetmədən çıxıb və maşın yol istiqamətlərini ayıran dəmir məhəccərə çırpılıb. Qəza zamanı avtomobildə olan iki nəfər xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR