Rusiyanın “Kalaşnikov” konserni paltar və aksessuar istehsalına başlayır

Rusiyanın “Kalaşnikov” konserni paltar və aksessuar istehsalına başlayır
# 06 may 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Rusiyanın ən iri atıcı silah istehsalçısı olan “Kalaşnikov” konserni paltar və aksessuarlar istehsalı xəttini yaxın zamanda işə salmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib.

Məlumata görə, cari ilin sonunadək Rusiyanın müxtəlif şəhərlərində şirkətin 60-dək firma mağazası fəaliyyətə başlayacaq. Bu mağazalarda alıcılara ənənəvi silah məhsulları ilə yanaşı “Kalaşnikov” markası ilə “feşn” mallar təqdim olunacaq.

“Kalaşnikov” markası ilə paltar və aksessuarların təqdimatı sentyabrda Kubinkada keçiriləcək “Ordu-2016” forumunda keçiriləcək.

Qeyd edək ki, tank və digər zirehli texnika istehsalçısı olan “Uralvaqonzavod” konserninin 2014-cü ildə fəaliyyətə başlayan firma mağazasında “militari” üslubunda futbolkalar, idman çantaları, jiletlər, çəkmələr və şirkətin digər suvenir məhsulları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR