BMT baş katibi İƏT Gənclər Forumunu yüksək qiymətləndirib

BMT baş katibi İƏT Gənclər Forumunu yüksək qiymətləndirib
# 14 may 2016 08:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) son illərdəki fəaliyyətləri nəzticəsində gənclik siyasəti İƏT-in diqqət mərkəzində yer alıb. 13-cü İƏT Zirvəsinin də İƏT Gənclik Sammiti ilə başlanmasını öyrənməkdən çox məmnun oldum”.

APA-nın məlumatına görə, bunu mayın 13-də öz işini Genevrədə tamamlamış BMT-İƏT Koordinasiya Şurasına müraciətində BMT baş katibi Pan Gi Mun deyib.

İKGF-nin rəsmi “Facebook” səhifəsində yer alan xəbərə əsasən, Şuranın toplantıları, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı strukturları arasında beynəlxalq layihələr, insan haqları, qlobal inkişaf, böhranlı vəziyyətlər və s. beynəlxalq əhəmiyyətli mövzular üzrə əməkdaşlıq və koordinasiya məqsədilə mütəmadi olaraq keçirilir. Şuranın işində BMT və İƏT-ə daxil olan bütün beynəlxalq təşkilat və qurumlar iştirak edir.

Koordinasiya Şurasının açılış mərasimində çıxış edərək İKGF-nin sədri səfir Elşad İskəndərov BMT baş katibinə İKGF-nin fəaliyyətinə verdiyi yüksək qiymətə görə təşəkkürünü bildirib. Sonra o, tədbir iştirakçılarına İƏT Gənc Liderlər Sammitinin nəticələri haqqında məlumat verib. E. İsgəndərov qeyd edib ki, İƏT tarixində ilk dəfə keçirilən Gənc Liderlər Sammitində İƏT coğrafiyasında gənclərin inkişafını müəyyənləşdirəcək “10 ildə 10 məqsəd” adlı Bəyannamə və strateji proqram xarakterli tövsiyələr qəbul edilib. E. İskəndərov həmçinin bu tövsiyələrin İƏT dövlət başçıları tərəfindən Zirvənin Yekun Kommunikesində təsdiq edilməsini məmnunluqla vurğulayıb və bu istiqamətdə BMT qurumlarını əməkdaşlığa dəvət edib.

Koordinasiya Şurasının nəticələrinə əsasən İKGF ilə BMT-nin bir sıra qurumları (BMT İnkişaf Proqramı, UNESCO, BMT Qadın Komitəsi, Cənub-Cənub Əməkdaşlığı Ofisi, Sivilizasiyaların Alyansı) arasında gənclərin mədəniyyətlərarası dialoqunun gücləndirilməsi, gəncliyin inkişafı, gənc qadınların rolunun artırılması, ekstremizmlə mübarizə, münaqişə zonalarında gənclərin hüquqlarının qorunması, həmçinin Somalidə inkişaf proqramının gerçəkləşdirilməsi istiqamətində konkret razılıqlar əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR