Mirça Rednik: “Mənim həmişə lider oyunçularım olub”

Mirça Rednik: “Mənim həmişə lider oyunçularım olub”
# 18 may 2016 11:36 (UTC +04:00)

Bakı – APA. “Mənim həmişə lider oyunçularım olub. “Standard”da da belə idi, Rusiya və Azərbaycanda da”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik deyib. 54 yaşlı çalışdırıcının hazırkı komandası “Dinamo” Rumıniya kubokunun finalında “ÇFR Kluj”a uduzaraq, mövsümü titulsuz başa vurub. Buxarest təmsilçisi ilə müqaviləsi gələn ay başa çatacaq Rednikin postundan ayrılacağı gözlənilir.

Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən məşqçi qısa olaraq, Azərbaycandakı fəaliyyətini də yada salıb. O bildirib ki, birgə işlədiyi oyunçular həmişə ona sadiq qalıblar: “Klubun prezidenti finaldan sonra danışacağımızı bildirmişdi. Məğlub olduqdan sonra mənimlə əməkdaşlığı davam etdirib-etdirməyəcəklərini bilmirəm. Hər şey onun fikrindən asılı olacaq. Qalmaq istərdim, ancaq şərtlərimi irəli sürmək şərtilə. Getməli olsam, yerimə yaxşı məşqçinin gətirilməsini və onun “Dinamo”da daha böyük işlər görməsini istərdim. Yerimə lap Joze Mourinyo gəlsin, yenə narahat deyiləm. Əvvəlki komandalarımda, Rusiya və Azərbaycanda da birgə çalışdığım lider oyunçular mənimlə birlikdə böyük işlər görüblər. Onlar heç vaxt digər müzakirələrə, başqa klublarla danışığa qaçmayıblar”.

Qeyd edək ki, Mirça Rednik 2010-2011 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR