Şəkidə yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Şəkidə yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
# 23 may 2016 08:10 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06 radələrində Şəki-Qax magistral avtomobil yolunun Şəki rayonunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. 1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Ramazan Bədrəddin oğlu Hacıyevin idarə etdiyi “Opel-Asrta” markalı, 99 BX 335 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı çuxura düşüb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı Pərvanə Hacıyeva və övladı 6 yaşlı Murad Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Pərvanə Hacıyevanın xəsarəti yüngül olduğundan müayinədən sonra evə buraxılıb. Sürücü və oğlunun vəziyyəti orta-stabil qiymətləndirilir. Onlar müalicələrini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR