Gürcüstanın müdafiə naziri: “Məqsədimiz regionda sülhün bərpası və qorunmasına yönəlib”

Gürcüstanın müdafiə naziri: “Məqsədimiz regionda sülhün bərpası və qorunmasına yönəlib”
# 15 may 2016 16:22 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. “Bizim məqsədimiz regionda sülh və əmin-amanlığın bərpası və qorunmasına yönəlib”.

APA-nın yerli bürosunun xəbərinə görə bu sözləri mayın 15-də Qəbələdə Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib.

Gürcüstanın müdafiə naziri bildirib ki, Gürcüstan bu gün Azərbaycan və Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə geniş əlaqələrə malikdir: “Bugünkü görüşdə əldə olunan razılıq mövcud əməkdaşlığı daha da genişləndirməyə imkan yaradacaq. Gürcüstan və Azərbaycan ötən 25 il ərzində hər zaman Türkiyənin dəstəyini görüb. Bu görüşümüzü 3 ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi üçün səmərəli hesab edirəm”.

Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını, bölgədə sabitliyin və davamlı inkişafın bərqərar olmasının tərəfdarı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR