ARDNF-in səhmdarı olduğu VTB I rübü mənfəətlə başa vurub

ARDNF-in səhmdarı olduğu VTB I rübü mənfəətlə başa vurub
# 16 may 2016 09:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. VTB cari ilin I rübünü 0,6 mlrd. rubl (13,8 mln. manat) məbləğində mənfəətlə başa vurub.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın açıqladığı maliyyə hesabatında bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) bankda 2,95%-lik paya malikdir. Beləliklə, bu ilin ilk rübündə ARDNF VTB-dəki iştirak payından 407,1 min manat qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR