Bakı. Şəhriyar Əlizadə - APA. Bərdə rayonunda naməlum şəxs bir nəfəri və maşınını yandırıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 7-də Bərdə rayonunun Piyadalar kəndində naməlum şəxs kənd sakini Salman Bayramova baş nahiyəsindən küt alətlə xəsarət yetirib, onu və yaxınlıqda dayanmış ona məxsus “VAZ-2107” markalı avtomobili benzinlə yandırıb.
Xəstəxanaya yerləşdirilmiş S.Bayramovun vəziyyəti ağırdır.
Faktla əlaqədar cinayət işi başlanıb.