Görkəmli kino xadimi Ceyhun Mirzəyev yad edilib

Görkəmli kino xadimi Ceyhun Mirzəyev yad edilib
# 30 aprel 2016 14:00 (UTC +04:00)

Bakı-APA. Aprelin 29-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə Dövlət Film Fondunda mərhum aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Cəmil Quliyev, Ceyhun Mirzəyevin dostu Elxan Qasımov onun haqqında ürək sözlərini bölüşüblər.

E. Qasımov C. Mirzəyevi Alpaçino ilə müqayisə edib, onun heç kimi incitmədiyini söyləyib. Aktyor Şamil Süleymanov dostunun son günlərindən danışıb, C. Mirzəyevin “Ögey ana”-dan “Fəryad”-a qədər əzablı ,məşəqqətli bir ömür keçdiyini vurğulayıb: “Hər zaman ürəyi yanırdı ki, qarabağlıdır, amma torpağı üçün heç nə edə bilmir”.

Dostları Aydın Dadaşov, Aydın Kazımzadə, xalq artisti Rafiq Əzimov da C. Mirzəyev barəsində ürək sözlərini deyiblər. Yubiley gecəsində C. Mirzəyevin çəkdiyi və aktyor kimi rol aldığı filmlərlə yanaşı, İctimai Televiziyanın ’’Carçıfilm” studiyasının istehsalı olan C. Mirzəyevin həyat və yaradıcılığına həsr olunmuş filmi nümayiş etdirilib.

Qeyd edək ki, 1993-cü il martın 5-də vəfat edən C. Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR