İran səfirliyi: Tehranda ermənilərin aksiya keçirməsi və Azərbaycan əleyhinə şüarlar səsləndirməsi barədə xəbərlər əsassızdır

İran səfirliyi: Tehranda ermənilərin aksiya keçirməsi və Azərbaycan əleyhinə şüarlar səsləndirməsi barədə xəbərlər əsassızdır
# 02 may 2016 09:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İranın Azərbaycandakı səfirliyi Tehranda “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin əsassız olduğunu bildirib: “Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər gündən-günə artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”.

M. Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran – Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR