“Sınıq Körpü” gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb

“Sınıq Körpü” gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb
# 23 aprel 2016 11:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aprelin 23-də Gürcüstanla həmsərhəd rayonlarda yaşayan bir qrup sakin özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq yükə görə gömrük rüsumu ödəməkdən imtina edib.

Belə ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan və mütəmadi olaraq kommersiya məqsədilə Gürcüstana səyahət edən həmin şəxslərin yükünə gömrük baxış zamanı şəxsi istehlak miqdarından artıq siqaret və ərzaq məhsullarının olduğu müəyyən edilib. Həmin şəxslərə qanunvericiliyin tələblərini xatırladan gömrükçülər qanunla nəzərdə tutulan miqdardan artıq yükə görə gömrük vergi və rüsumlarının ödənilməsini tələb edib. Ancaq gömrük orqanları əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan həmin şəxslər kommersiya məqsədilə gətirdikləri normadan artıq yükə görə nəzərdə tutulan rüsumları ödəməkdən imtina ediblər.

Üstəlik gömrükçülərin dəfələrlə apardıqları izahat işlərinə baxmayaraq həmin şəxslər vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə onları nalayiq ifadələrlə təhqir edib, gömrükçülərə qarşı fiziki güc tətbiq etməklə asayişi pozmağa çalışıb.

Tovuz Gömrük İdarəsinin rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub və polis əməkdaşları asayişi pozanları saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR