"Cənubi Qafqaz Boru Kəməri"nin genişləndirilməsi çərçivəsində işlərin 70%-i yekunlaşıb

"Cənubi Qafqaz Boru Kəməri"nin genişləndirilməsi çərçivəsində işlərin 70%-i yekunlaşıb
# 25 aprel 2016 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Cənubi Qafqaz Boru Kəməri" layihəsinin genişləndirilməsi çərçivəsində Azərbaycan və Gürcüstanda görülən işlərin 70%-i yekunlaşıb.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışı zamanı energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, layihənin icrası ilə işlər sürətlə davam etdirilir: "Azərbaycan hökuməti "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi ilə bağlı Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Biz bu layihənin parlaq gələcəyinə inanırıq və bu layihənin Avropa və Azərbaycan üçün olduqca önəmli olduğuna əminik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR