Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Aprel

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Aprel
# 04 may 2016 18:12 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Respublikaçılar Partiyasının planlarını alt-üst etmək üçün Donald Trampın cəmi 228 nümayəndənin səsinə ehtiyacı var. İndiana ştatında rəqiblərini ağır məğlubiyyətə uğradan milyarder bu günədək 1009 qurultay nümayəndəsinin dəstəyini təmin edə bilib. Prezidentliyə namizədliyini rəsmiləşdirmək üçün Tramp ən azı 1237 nümayəndənin səsini qazanmalıdır. Hesabına 228 səs əlavə etmək milyarder üçün çətin olmayacaq. Qarşıda hələ 9 ştatda keçiriləcək ilkin seçkilər var, ən əsası isə Tramp bu seçkilərə faktiki rəqibsiz gedir. Seçki marafonunda 547 nümayəndənin səsini qazana bilmiş Ted Kruz mübarizədən geri çəkildikdən sonra Trampın bir rəqibi qalır - Con Keysik. 41 ştatda cəmi 154 nümayəndənin səsini qazana bilmiş Keysikin qalan 9 ştatda Trampa qarşı müqavimət göstərə biləcəyi ehtimalı sıfıra yaxındır. Beləliklə, İndiana seçkilərindən sonra Donald Tramp haqqında respublikaçıların prezidentliyə namizədi sözünü rahatlıqla işlətmək olar. Tramp bu qələbəsi ilə partiya rəhbərliyinin Pol Rayan ssenarisini də alt-üst etmiş oldu. Bir şey dəqiqdir - Ağ Evə məskunlaşmaq uğrunda mübarizə Hillari Klintonla Donald Tramp arasında gedəcək. İkincinin namizəd olması birincinin qalib gəlmə şansını daha da artırır. Çünki xanım Klinton bu seçkilərdə Respublikaçılar Partiyasının dəstəyindən məhrum olan bir respublikaçı namizədə qarşı mübarizə aparacaq.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR