Ermənistan prezidenti Vyanaya gedəcək

Ermənistan prezidenti Vyanaya gedəcək
# 14 may 2016 08:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan prezidenti Serj Sarkisyan mayın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək

APA-nı “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezident administrasiyasının ictimaiyyət və KİV-lə əlaqələr idarəsinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Vyanada Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti danışıqların aparılması planlaşdırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR