AMB-nin Biləsuvar Regional Mərkəzi 85 bank filialına xidmət göstərir

AMB-nin Biləsuvar Regional Mərkəzi 85 bank filialına xidmət göstərir
# 19 may 2016 11:17 (UTC +04:00)

Biləsuvar. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Biləsuvar Regional Mərkəzi regionun 17 rayonunda 85 bank filialına və "Azərpoçt" MMC-nin 2 şöbəsinə xidmət göstərir. "APA-Economics" xəbər verir ki, bunu Biləsuvar Regional Mərkəzin direktoru Nəbi Rüstəmov deyib.


Onun sözlərinə görə, mərkəzdə əhali üçün xidmət kassası vasitəsilə hər ay orta hesabla 10-15 min manat həcmində pul dəyişdirilir.

AMB-nin Nağd pulun idarə edilməsi şöbəsinin direktoru Anar Dadaşov bildirib ki, son bir ildə mərkəz nağd pulun idarə edilməsi informasiya sisteminə qoşulub. Sistem daxilində yaradılan veb-portal vasitəsilə nağd pul əməliyyatı həyata keçirmək istəyən banklar mərkəzə sifariş göndərir.

Qeyd edək ki, Mərkəzi Bankın Biləsuvar Regional Mərkəzi 2009-cu il yanvarın 1-dən fəaliyyət göstərir. Mərkəzin əsas fəaliyyət istiqaməti nağd pulun saxlanması, kassa xidmətlərinin göstərilməsi, pul nişanlarının ekspertizası, monitorinq və statistik məlumatların toplanması, kommunikasiya və maarifləndirmə işlərindən ibarətdir. Mərkəzin ümumi işçilərinin sayı 19-dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR