Magistraturaya imtahanın məzmunu və nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb

Magistraturaya imtahanın məzmunu və nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb
# 06 iyun 2016 15:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 5-də 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi üzrə imtahanın məzmunu və nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, imtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası isə 8-9 iyun tarixlərində saat 10.00-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR