Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçirir

Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçirir
# 06 iyul 2016 16:40 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Cənub hərbi birləşməsinin Emrənistan ərazisində yerləşən hərbi bazasının kəşfiyyatçıları təlim keçirir.

APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə birləşmənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Təlimlərdə "Mi-24P" və "Mi-8MT" tipli helikopterlərdən istifadə olunub.

"Təlim çərçivəsində hərbçilər yüksək dağlıq ərazilərdə helikopterlərdə davranış qaydalarını mənimsəyir. Bununla yanaşı, xüsusi təyinatlılar döyüş hazırlığına dair digər məsələlər üzərində də işləyir", - deyə məlumatda bildirilir.

Təlimlər "Kamxud" və "Alagəz" poliqonlarında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR