Qaynını öldürməyə cəhddə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Qaynını öldürməyə cəhddə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 01 iyul 2016 07:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qaynını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ağakişi Hüseynov barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü A. Hüseynov 2015-ci ilin iyul ayında Qobustan qəsəbəsində ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə onu öldürməyə cəhd edib. B. Mahmudov ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR