Səfir: "Neftin ucuzlaşması Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinə təsir etməyib"

Səfir: "Neftin ucuzlaşması Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinə təsir etməyib"
# 25 may 2016 08:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Neftin ucuzlaşması Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinə mənfi təsir etməyib". "APA-Economics" xəbər verir ki, bunu İsveçrənin rusdilli "Nasha Gazeta" nəşrinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı deyib.


Diplomatın sözlərinə görə, hər iki ölkə arasında ticarət-iqtisadi əlaqələr çox zəngindir: "2015-ci ildə Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 379 milyon İsveçrə frankı təşkil edib. Təkcə 212 milyon frank Azərbaycandan İsveçrəyə ixracın payına düşür. Baxmayaraq ki, bu göstərici Cənubi Qafqaz və MDB ölkələri arasında ən yüksək göstəricilərdən biridir, düşünürəm ki, qeyd edilən göstərici ölkələrimiz arasındakı potensialı tam əks etdirmir. Ticarət dövriyyəmizi daha da genişləndirmək imkanımız var".


Ə. Zeynallı əlavə edib ki, bu gün Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR