Ali və orta ixtisas təhsili müəssisələrində antikorrupsiya tədris olunacaq

Ali və orta ixtisas təhsili müəssisələrində antikorrupsiya tədris olunacaq
# 30 aprel 2016 14:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramlarına antikorrupsiya mövzusu əlavə ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən Təhsil Nazirliyi 2016-2018-ci illərdə ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramlarına antikorrupsiya mövzusunun əlavə edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsini təmin etməlidir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokurorluğa isə bu tədbirin həyata keçirilməsinə dəstək vermək tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR