Bakıda Türkiyə vətəndaşı döyülüb

Bakıda Türkiyə vətəndaşı döyülüb
# 11 may 2016 10:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində Türkiyə vətəndaşı döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə mayın 9-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zəfər Türkalini döyüblər.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əliyev və P. Dadaşov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR