Avropa Azərbaycan Məktəbinin şagirdləri Respublika Fənn Olimpiadasında qızıl və gümüş medallar qazanıblar

Avropa Azərbaycan Məktəbinin şagirdləri Respublika Fənn Olimpiadasında qızıl və gümüş medallar qazanıblar
# 04 may 2016 11:24 (UTC +04:00)

Bakı-APA. Avropa Azərbaycan Məktəbinin şagirdləri Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsində qızıl və gümüş medallar qazanıblar.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, olimpiadanın final respublika mərhələsində Avropa Azərbaycan Məktəbini 4 şagird - IX və X sinif şagirdləri – Günel Məmmədova (IX sinif), Zöhrə Məmmədova (IX sinif), Vaqif Süleymanov (IX sinif) və Lamiyyə Mahmudova (X sinif) təmsil edib.

Şagirdlərin fənlər üzrə nəticələri belə olub: Günel Məmmədova, Azərbaycan dili fənni üzrə 23 şagird arasında I yer - qızıl medal, Zöhrə Məmmədova, IX sinif, tarix fənni üzrə 38 şagird arasında I yer - qızıl medal, Lamiyyə Mahmudova, X sinif, tarix fənni üzrə 128 şagird arasında I yer - qızıl medal, və Vaqif Süleymanov, IX sinif, coğrafiya fənni üzrə 18 şagird arasında II yer - gümüş medal.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

2015-ci ilin iyun ayında Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb. Məktəbdə İB Diplom Proqramı üzrə tədris aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR