Ceyhun Bayramov: "Təhsil müəssisələrində ingilis dili mərkəzləri açılacaq"

Ceyhun Bayramov: "Təhsil müəssisələrində ingilis dili mərkəzləri açılacaq"
# 19 may 2016 11:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu ilin sentyabrında Bakıdakı təhsil müəssisələrində ingilis dili mərkəzinin açılması planlaşdırılır. Onlardan biri Fizika-riyaziyyat-informatika təmayüllü liseydə, digəri isə Təhsil işçilərinin Peşəkar İnkişaf İnstitutunda olacaq”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, “British Council Azərbaycan” və Təhsil Nazirliyinin dəstəyi ilk belə mərkəz 23 nömrəli məktəbdə açılıb. Nazir müavini qeyd edib ki, bu layihələrin davamı olaraq birgə fəaliyyətin genişləndirilməsi planlaşdırılır: “Bakıda, digər şəhər və rayonlarda da belə tədris mərkəzləri açılacaq. Təqvim ilinin sonunadək bir neçə regionda belə mərkəzlərin açılması nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün “British Council Azərbaycan” və Təhsil Nazirliyinin dəstəyi ilə 23 nömrəli tam orta məktəbdə İngilis dili mərkəzinin açılışı olub. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “British Council” təşkilatının regional direktoru Əndui Uilyams, ingilis dili üzrə regional direktor Cil Koates və başqaları iştirak edib.

Ceyhun Bayramov ki, mərkəzdə yalnız bu məktəbin ingilis dili müəllimləri üçün deyil, digər ətraf məktəblərin müəllimləri üçün də şərait yaradılacaq. Nazir müavini qeyd edib ki, bu mərkəzlər müxtəlif yaş qrupunda olan uşaqlar üçün də açıq olacaq və mərkəzdə müxtəlif, intraktiv formatda ingilis dili tədris olunacaq. C. Bayramov əlavə edib ki, “British Council Azərbaycan” və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri də ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR