Qazaxıstanın Atırau şəhərində keçirilən icazəsiz aksiya başa çatıb - YENİLƏNİB

Qazaxıstanın Atırau şəhərində keçirilən icazəsiz aksiya başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 24 aprel 2016 16:47 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın Atırau şəhərində İsataya-Mahabetə meydanında keçirilən icazəsiz aksiya 4 saat sonra başa çatıb.

APA-nın “Ak Jayık” qəzetinə istinadən verdiyi məlumata görə, Atırau vilayətinin akimi Nurlan Noqayev yerli vaxtla saat 17:00-da yenidən aksiyaçılarla görüşüb.

N. Noqayev aksiya iştirakçıların məsuliyyətə cəlb olunmayacağını bəyan edib. Eyni zamanda bundan əvvəl saxlanılan 8 aksiya iştirakçısının də məsuliyyətə cəlb olunmayacağına söz verib. Aksiyaçılar isə yenə də Torpaq Məcəlləsinə dəyişikliyin ləğv olunmasını, xarici ölkə vətəndaşlarına torpaq satışına qadağa qoyulmasını tələb ediblər. Aksiya təşkilatçıları daha sonra aksiya iştirakçılarına müraciət edərək akimə tələblərinin hökumətə və parlamentə çatdırılması üçün vaxt verilməsini təklif ediblər. Aksiyaçılar və hakimiyyət təmsilçiləri 21 maya qədər aksiyaçılara cavab verilməsi barədə razılığa gəlib. Aksiya iştirakçıları bildiriblər ki, bu gün bu meydanda onların sayı min nəfərdir, əgər xaricilərə torpaq verilməyə başlayarsa, meydana toplaşanların sayı milyon olacaq.

Daha sonra mitinq iştirakçıları dinc şəkildə meydanı boşaldıblar.

***

saat 16.25

Bakı-APA. Qazaxıstanın Atırau şəhərində İsataya-Mahabetə meydanında icazəsiz aksiya keçirilir.

APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın “Ak Jayık” qəzeti məlumat yayıb.

Aksiya iştirakçıları xaricilərə torpaq satışına icazə verilməsi ilə bağlı Torpaq Məcəlləsinə edilən dəyişikliyə etiraz edirlər. Aprelin 24-də şəhər fəalları mitinq keçirilməsi ilə əlaqədar 10 gün əvvəl şəhər administrasiyasına müraciət etsələr də, buna mənfi cavab verilib. Ancaq buna baxmayaraq, bu gün insanlar meydana axışıblar. Haxırda aksiyada min nəfərdən çox insan iştirak edir. Atırau şəhərinin icra başçısı (akim) Nurlıbek Ojayev, vilayət akiminin müavini Səlimxan Nakpayev aksiyaçılarla görüşə gəlib. Onlar aksiya iştirakçılarına xaricilərə torpaq satışının Qazaxıstanın suverenliyinə heç bir təhlükə törətmədiyini izah etməyə çalışsalar da aksiyaçılar dinləməyiblər. N. Ojayev aksiyaçıların mövqeyini vilayət akiminə çatdıracağını vəd edib. Aksiya iştirakçıları isə aksiyanın sakit keçəcəyini, təxribatlara yol verilməyəcəyini bildiriblər. Əraziyə çoxlu sayda polis qüvvələri cəlb edilib.

Saat 15:30 radələrində meydana Atırau vilayətinin akimi Nurlan Noqayev də gəlib. Aksiyaçılar N. Noqayevdən bu gün saxlanılan 8 aksiya iştirakçısı barədə başlanılmış cinayət işinin dayandırılmasını tələb ediblər. O isə bu məsələnin onun səlahiyyətinə Aid olmadığını bildirərək meydanı tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR