İdarə Heyətinin sədri: "Günay Sığorta" "Buta Sığorta"nın aktivlərini alıb" - YENİLƏNİB

İdarə Heyətinin sədri: "Günay Sığorta" "Buta Sığorta"nın aktivlərini alıb" - <span style="color: red;">YENİLƏNİB
# 12 may 2016 09:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Buta Sığorta" ASC-nin aktiv portfeli "Günay Sığorta" ASC-nin nəzarətinə keçir.

Bu barədə "APA-Economics"ə "Buta Sığorta"nın İdarə Heyəti sədri Qənbər Suvanverdiyev bildirib.

"Günay Sığorta" bizim portfeli alıb. "Buta Sığorta" isə qanunvericiliyə uyğun olaraq ləğv ediləcək. Bundan sonra "Günay Sığorta" yeni inkişaf mərhələsinə daxil olacaq. Bununla əlaqədar "Günay Sığorta" işini yenidən qurur. Eyni zamanda kollektiv yenilənir. Bildiyiniz kimi, 90-cı illərdə “Günay Sığorta” aktiv sığorta şirkətlərindən biri olub. Şirkət yenə də bazarda öz fəaliyyətini aktivləşdirmək niyyəti ilə bizim portfeli alır və "Buta Sığorta"nın kollektivi də eyni qaydada "Günay Sığorta" şirkətinə keçəcək və fəaliyyətlərini davam etdirəcək".

Q. Suvanverdiyev qeyd edib ki, "Günay Sığorta"nın İdarə Heyəti yenidən formalaşacaq. Onun sözlərinə görə, yeni formalaşacaq İdarə Heyətində əsasən "Buta Sığorta"nın kadrları təmsil olunacaq.

SAAT 08:08

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyunun 24-ü “Buta Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, iclasın gündəliyində duran məsələ şirkətin ləğv olunmasıdır.

Qeyd edək ki, sığortaçının səhmdarları “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Auto Azərbaycan” və “Baku Service Company” şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR