Karslıoğlu: “Tarix haqqında qərar vermək parlamentlərin işi deyil”

Karslıoğlu: “Tarix haqqında qərar vermək parlamentlərin işi deyil”
# 03 may 2016 14:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Tarix haqqında hökm vermək milli parlamentlərin işi deyil”.

APA-nın “dw.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Berlindəki səfiri Hüseyn Avni Karslıoğlu “Rhenische Post” qəzetinə müsahibəsində bildirib.

Səfir deyib ki, “soyqırım” Cenevrə konvensiyası ilə təsbit olunan bir anlayışdır və bu barədə ancaq beynəlxalq məhkəmə qərar verə bilər: “Siyasətçilər dini və siyasi motivlər əsasında hərəkət edə bilərlər. Federal parlamentin bu hadisələri “soyqırım” kimi tanıyaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına necə töhfə verəcəyi olduqca məchul qalır. Hər iki xalq tarixin həmin dönəmi ilə bağlı birlikdə çalışmağa təşviq edilməlidir”.

H. A. Karslıoğlu Türkiyə hökumətinin ortaq tarix komissiyası yaradılması ilə bağlı təklifini bir daha xatırladıb.

Qeyd edək ki, Almaniya Sosial-Demokratik Partiyasının parlament qrupunun rəhbəri Tomas Oppermann Bundestaqın 2 iyunda keçiriləcək iclasında I Dünya müharibəsi zamanı ermənilərə qarşı baş verən hadisələrin “soyqırım” kimi tanınacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR