ABŞ Dövlət Departamenti: Krımda insan haqlarının pozulmasına son qoyulmalıdır

ABŞ Dövlət Departamenti: Krımda insan haqlarının pozulmasına son qoyulmalıdır
# 07 may 2016 03:53 (UTC +04:00)

Bakı-APA. Mayın 6-da Simferopol şəhərində silahlı şəxslər 100-dək Krım tatarını məsciddən çıxararaq avtobuslarla polis şöbələrinə aparıb.

APA-nın məlumatına görə, insidentlə əlaqədar ABŞ Dövlət Departamenti açıqlama yayıb.

“Krım tatarları repressiyalar və ciddi təzyiqlərlə üzləşməkdə davam edir. Bu qəddarlığa və insan haqlarının pozulmasına son qoyulmalıdır. Krım Ukraynaya qaytarılmayanadək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq”, məlumatda deyilir.

Qeyd edək ki, aprelin sonunda Krım Ali Məhkəməsi Krım Tatarları Məclisinin fəaliyyətinə qadağa qoyulması barədə qərara çıxarıb. Məhkəmə Məclisi ekstremist təşkilat kimi tanıyaraq Rusiyada fəaliyyət göstərməsinə qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR