Çempionlar Liqası: “Qarabağ” III təsnifat mərhələsində ilk oyununu keçirəcək

Çempionlar Liqası: “Qarabağ” III təsnifat mərhələsində ilk oyununu keçirəcək
# 26 iyul 2016 05:26 (UTC +04:00)

Bakı-APA. Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" mərhələnin ilk oyuna Çexiyada çıxacaq. "Ağ-qaralar" Plzendə yerli "Viktoriya"nın qonağı olacaq.

2 il öncə Avstriya “Zalsburq”u, ötən yay Şotlandiya “Şeltik”i ilə dueldə məyus olan əyalət klubu bu dəfə Çempionlar Liqasında mübarizəsini davam etdirməkdə iddialıdı. Qarşılaşma Plzen şəhərinin “Dusan Arena” stadionunda keçiriləcək. 11 min 700 tamaşaçı tutumuna malik arenadakı görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

26 iyul

22:15. "Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ”

Plzen. “Dusan Arena” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR