Hacıqabulda “MAN” minik avtomobili ilə toqquşub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb-yenilənib

Hacıqabulda “MAN” minik avtomobili ilə toqquşub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb-yenilənib
# 09 sentyabr 2016 07:50 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi “MAN” markalı 50 ZA 177 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı 66 BJ 952 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”də olan sərnişin 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, sürücü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirlib. Digər sərnişinlər-Yevlax sakinləri, 1959-cu il təvəllüdlü Hüseynova Aybəniz Arif qızı, 1960-cı il təvəllüdlü Qocayeva İradə, 1953-cü il təvəllüdlü Qocayeva Məshəti, 1994-cü il təvəllüdlü Haqverdiyeva Ayşən Arzu qızı, o cümlədən 2 azyaşlı- 2015-ci il təvəllüdlü Hüseynov Tuncay Ədalət oğlu və Hüseynova Solmaz Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR