Tarixdə ilk dəfə nağdsız ödənişlər nağd alış-verişi üstələyəcək

Tarixdə ilk dəfə nağdsız ödənişlər nağd alış-verişi üstələyəcək
# 27 sentyabr 2016 12:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə dünya üzrə kredit və debet kartları ilə ödənişlərin dövriyyəsi 23,2 trilyon dollar təşkil edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "MarketWatch" "Euromonitor International" şirkətinin tədqiqatına istinadən xəbər verir.


Cari ilin sonuna nağd alış-verişin dövriyyəsi isə 22,6 trilyon dollar olacaq.

Beləliklə, tarixdə ilk dəfə nağdsız ödəniş dövriyyəsi nağd alış-veriş həcmini üstələyəcək.

Tədqiqatın nəticələri göstərir ki, 2002-ci ildən etibarən nağd ödənişlərin həcmi azalmaqdadır, kredit və debet kartları ilə ödənişlərin dövriyyəsi isə artır.

Bildirilir ki, Asiya - Sakit Okean regionunda bu il nağdsız ödənişlərin həcmi 1,7 trilyon dollar artacaq. Şimali Amerikada isə 187 milyard dollarlıq artım gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR