Ucarda məktəbli ehtiyatsızlıq nəticəsində xəsarət alıb

Ucarda məktəbli ehtiyatsızlıq nəticəsində xəsarət alıb
# 07 oktyabr 2016 07:45 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda məktəbli ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Rafiq Abbasov adına Lək kənd 1 saylı tam orta məktəbində baş verib. 11-ci sinif şagirdi Fuad Elmir oğlu Qasımov məktəbin həyətindəki hasardan keçmək istəyərkən ehtiyatsızlıq nəticəsində dəmir parçası qarın nahiyəsinə batıb. Xəsarət alan yeniyetmə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR