DİN: Bakıda ana qızını yaylıqla boğaraq öldürüb - YENİLƏNİB

DİN: Bakıda ana qızını yaylıqla boğaraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 04 avqust 2016 11:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın qızını öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Faktla bağlı araşdırma aparılır.

***

Saat: 11.36

Bakı. Hafiz Heydərov – APA. Bakıda dəhşətli qətl törədilib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğaraq qətlə yetirib. Hadisəni tərədən Z. Cəfərova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

DİN: Bakıda ana qızını yaylıqla boğaraq öldürüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR