İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup girovlardan birini sərbəst buraxıb

İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup girovlardan birini sərbəst buraxıb
# 27 iyul 2016 19:58 (UTC +04:00)

Bakı-APA. İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup bu gün səhər saatlarından girov götürdüyü həkimlərdən biri, David Tonoyanı sərbəst buraxıb.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anayit Aytayan bildirib.

Polis binasını ələ keçirmiş silahlı qrup iyulun 27-də yaralılardan birinə tibbi yardım göstərmək üçün gəlmiş “Təcili yardım” briqadasını girov götürüb. Hazırda iki həkim və bir tibb bacısı girov qalmaqdadır. Silahlı qrup onları Səhiyyə naziri və cərrah briqadasına dəyişmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR