Mərkəzi Bankın valyuta ehtiyatları apreldə 55 mln. dollara yaxın artıb

Mərkəzi Bankın valyuta ehtiyatları apreldə 55 mln. dollara yaxın artıb
# 02 may 2016 15:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il may ayının 1-ə 4 mlrd. 120,6 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 267,3 mln. dollar və ya 50,87% azdır.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, mart ayı ilə müqayisədə apreldə valyuta ehtiyatları 54,8 mln. manat və ya 1,35% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR