Almaniya və Böyük Britaniya Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı bəyanat yayıb

Almaniya və Böyük Britaniya Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı bəyanat yayıb
# 26 may 2016 08:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer jurnalist Xədicə İsmayılovanın həbsdən azad edilməsini alqışlayır.

APA-nın məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, bu yaxşı qərardır və Azərbaycanda fikir azadlığı ilə bağlı vəziyyətin inkişaf etməsi ilə bağlı ümid verir.

Böyük Britaniyanın Avropa naziri Devid Lidinqton da Xədicə İsmayılovanın həbsdən azad edilməsi qərarını alqışlayıb: “Bu ilin martında Azərbaycanda digər tanınmış şəxslərin azad edilməsinin ardınca gələn bu qərar insan haqları sahəsində müsbət addımdır. Birləşmiş Krallıq Azərbaycanı insan haqları ilə bağlı beynəlxalq öhdəliklərini dəstəkləməyə çağırır, insan haqları və demokratiya sahəsində gələcək nailiyyətlər üçün Azərbaycan hökuməti ilə işləməyə hazır olduğunu bəyan edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR