Vaşinqtonda təhlükəli kimyəvi maddə daşıyan yük qatarı relsdən çıxıb

Vaşinqtonda təhlükəli kimyəvi maddə daşıyan yük qatarı relsdən çıxıb
# 01 may 2016 14:59 (UTC +04:00)

Bakı-APA. Vaşinqtonda yük qatarı relsdən çıxıb, qəza yerinə təhlükəli kimyəvi maddə sızmağa başlayıb.

APA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqton Yanğın Xidməti məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında Vaşinqtonun Rod-Aylend stansiyası rayonunda baş verib. Çoxlu sayda vaqon relsdən çıxıb, bu vaqonlardan təhlükəli kimyəvi maddə axır. Qəza ilə bağlı polis dəmir yolu ilə paralel olan Rod-Aylend prospektini qismən nəqliyyatın hərəkəti üçün bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR